"Real" (Madrid) klubunun müdafiəçisi Rafael Varanın inamlı çıxışı onu Avropa nəhənglərinin diqqət mərkəzinə salıb. Futbolinfo.az xəbər verir ki, fransalı yeni mövsümdən etibarən karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Axı "İnter"in stopper üçün təklif etdiyi rəqəm heç də az deyil. Yeni rəhbərliyin gəlişindən sonra maddi cəhətdən dirçələn “göy-qaralar” 20 yaşlı futbolçunun keçidi üçün 35 milyon avrosundan keçməyə hazırdı. Lakin "Real" rəhbərliyi hələlik bu təklifə heç bir münasibət bildirməyib.





