Bir vaxtlar adı Azərbaycan millisi və "Neftçi" ilə yanaşı hallanan Yılmaz Vural İngiltərə Premyer Liqasında iştirak edən "Kardif Siti"ni çalışdıra bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə və İngiltərə mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, "Kardif Siti"nin kipr türklərindən olan prezidenti Məhmət Dalman Yılmaz Vuralla görüşərək onunla hər mövzuda razılığa gəlib. Tərəflər yalnız hazırkı baş məşqçi Malki Makkayın vəzifəsindən istefa verməsini gözləyirlər.
 
Klub prezidenti hazırki məşqçinin işindən çox narazıdı. Belə ki, Dalman artıq islahatlar aparmağa başlayıb. Tədricən Makkayının köməkçilərini bir-bir yola salan klub prezienti, indi də baş məşqçinin istefasına hazırlaşır.
 
Yılmaz Vuralın təyinatının rəsmiləşməsi çox güman ki, yanvar ayına təsadüf edəcək.
 
Qeyd edək ki, Yılmaz Vural "Kardif Siti" klubunun başına keçsə, ən çox komanda çalışdıran baş məşqçi olmaqla yanaşı, həm də İngiltərə Premier Liqasında ilk türk baş məşçi kimi tarixə düşəcək.
Shares: