İngiltərədə diqqətlər 3-cü diviziona yönəlib. Belə ki, “Barton”da 48 yaşlı qapıçı yenidən yaşıl meydanlara dönüb. Futbolinfo.az xəbər verir ki, komandanın qapıçılarla işləyən məşqçisi Kevin Pule heyətdəki qapıçı problemini həll etmək məqsədi ilə belə bir addım atıb.
Belə ki, "Barton"da icarə əsasında çıxış edən Cordan Pikford "Sanderlend"ə geri dönüb. Belə olan halda klubun ehtiyat qapıçısı qalmayıb. Rəhbərlik isə boşluğu maraqlı üsulla dolduraraq 48 yaşlı məşqçini heyətə daxil edib. İndi Pule komandanın əsas qapıçısı Dean Linessin əvəzedicisiidi. O, iki gün öncə "Mansfild"lə keçirilən oyunda ehtiyat oyunçular skamyasında olub.
Qeyd edək ki, Pule karyerası ərzində "Aston Villa" və "Bolton" kimi klublarda oynayıb.





