"Bavariya" klubunun fəxri prezidenti Frans Bekkenbauer 2013-cü il ərzində çıxışını ən çox bəyəndiyi futbolçusunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, Münhen təmsilçisinin yarımmüdafiəçisi Frank Riberini ən yaxşısı adlandırsa da, bu il "Qızıl Top" mükafatının "Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldoya verilməli olduğunu bildirib:
 
"Fakt odu ki, Ronaldo oyun ərzində vurduğu qolları sayəsində bu mükafata iddialı olub. Ötən mövsüm "Qızıl Top" Messiyə verildikdə çox təəssüfləndim. Ronaldo da öz narazılığını gizlədə bilməmişdi. Həmin vaxt Ronaldo bu mükafatı qazanmaq üçün hər şeyi edəcəyini demişdi. Təbii ki, "Qızıl Top" bu il Riberiyə verilsə, əla olardı. Ancaq mükafat Ronaldoya təqdim olunsa, heç də təəccüblənməyəcəyəm".
Shares: