Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin proqramı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, bu mərhələnin oyunları 4 dekabr tarixində keçiriləcək.
 
Bir oyundan ibarət olacaq bu mərhələnin oyunlarının keçirilmə yerləri və başlama saatı aşağıdakı kimidi:
 
Azərbaycan Kuboku
1/8 final
4 dekabr (çərşənbə)
 
“Qaradağ Lökbatan” – “Rəvan”
Lökbatan şəhər Olimpiya İdman Kompleksinin stadionu, 13:00
 
“Bakı” – “Sumqayıt”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 13:00
 
“Mil-Muğan” – “Qəbələ”
Qəbələ şəhər stadionu, 13:00
 
“Neftçi” – “Kəpəz”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 14:00
 
“Araz Naxçıvan” – “Simurq”
Naxçıvan Muxtar Respublika stadionu, 14:00
 
“Qarabağ” – AZAL
Tofiq Bəhramov adına Respublika stadionu, 16:30
 
“İnter” – “Şuşa”
“Şəfa” stadionu, 17:00
 
“Xəzər Lənkəran” – “Neftçala”
Xəzər Lənkəran mərkəzi stadionu, 17:00
Shares: