İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Luiş Nani barədə transfer xəbərləri səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, Avropa mətbuatı onun yenidən İtaliya çempionatına yollanma ehtimalı haqda informasiya yayıb.
 
Portuqaliyalı ilə "İnter" və "Yuventus" klubları yaxından maraqlanır. Hər iki komanda Naninin transferi üçün Mançester təmsilçisi ilə danışıqlara başlayıb. Naninin bu təkliflərə necə münasibət bildirəcəyi maraqla gözlənilir.
 
Qeyd edək ki, 27 yaşlı futbolçunun "Mançester Yunayted"lə 2018-ci ilə qədər müqaviləsi var.
Shares: