Topaz Premyer Liqasının 15-ci turunda “Bakı” doğma meydanda “İnter”i qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu oyuna hazırlıqlarını davam etdirən "zolaqlılar" saat son məşqə çıxıb.
 
İsinmə hərəkətləri ilə başlayan hazırlıq Kamran Ağayevin də iştirak etdiyi “kvadrat” təmrini ilə davam edib. Ardından futbolçular mərkəz dairədə topla əyləncəli qaç-tut tapşırığını yerinə yetiriblər. Sonda isə qapıya zərbələr sınaqdan keçirilib. Bununla da Bakı derbisi öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç 1 saatlıq hazırlığı başa vurub.
 
Onu da qeyd edək ki, Elvin Əliyev və Əfran İsmayılov meydanın ayrı bir hissəsində fərdi məşq ediblər. Müalicəsini davam etdirən Mario Rubio isə yüngül qaçışla kifayətlənib. (klub saytı)
Shares: