Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo İspaniya La Liqasının 15-ci turda “Valyadolid”lə oyunda meydana çıxmayacaq. Futbolinfo.az-ın məlumatına görə, bu barədə “Kral Klubu”nun baş məqşçisi Karlo Ançelotti açıqlama verib.
Çalışdırıcı Son olaraq zədəli olduğu üçün “Qalatasaray”la görüşü buraxan portuqal ulduzun tam sağaldığını, lakin onu riskə atmamaq məqsədilə adını iştirak ərizəsinə daxil etmədiyini bildirib.
Qeyd edək ki, sözügedən matçda Ronaldonun mövqeyində Anhel Di Mariya oynayacaq.





