Bir qədər əvvəl başa çatan "Bakı" – "İnter" (0:1) oyununda xoşagəlməz hal yaşanıb. Futbolinfo.az xəbər verir ki, oyunun gedişində meydan sahiblərinin üzvü Etto ilə mübarizə zamanı qonaqların hücumçusu Baçana Sxadadze rəqibin dirsək zərbəsinə tuş gəlib.
Zərbə nəticəsində gürcü forvard bir müddət yerdə qalıb. Sifəti partlayan Baçananı həkimlər özünə gətirə biliblər. Lakin onun vəziyyəti yaxşı olmadığından təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya aparılıb.
Shares: