Bir qədər əvvəl başa çatan "Bakı" – "İnter" (0:1) oyununda meydan sahiblərinin müdafiəçisi Ettonun heç bir çərçivəyə sığmayan hərəkətinin fəsadları bəlli olub. Futbolinfo.az xəbər verir ki, rəqib hücumçu Baçana Sxadadzeni qəsdən dirsəklə vuran braziliyalı gürcü həmkarının həyatını təhlükə altında qoyub.
 
Zərbə nəticəsində gürcü forvard bir müddət yerdə qalıb. Sifəti partlayan Baçananı həkimlər özünə gətirə biliblər. Lakin onun vəziyyəti yaxşı olmadığından təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya aparılıb.
 
Hazırda “Medical Plaza”da yatan futbolçu 3 gün həkim nəzarətində qalmalıdı. Rentgendən sonra bilinib ki, onun başında sınıq və batıq var. Ancaq futbolçunun əməliyyata ehtiyacı yoxdu. Sxadadzenin nəvaxta qədər məşq etməyəcəyi dəqiq bilinmir. Həkimlərin diaqnozu əng sümüyünün sınığı və 2-ci dərəcəli beyin silkələnməsidi.
Shares: