Topaz Premyer Liqasının 10-cu turunun “Sumqayıt” – “Qarabağ” matçını canlı izləyənlər arasında bəzi futbol adamları da olub. Futbolinfo.az xəbər verir ki, onlardan biri AFFA-nın baş katibi Elxan Məmmədov olub.
 
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak da sözügedən qarşılaşmanı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan canlı izləyib. Bu da təsadüfi deyil. Çünki cənub klubunu növbəti turda “Qarabağ”la oyun gözləyir.
 
Maraq üçün xatırladaq ki, ötən gün keçirilmiş “Simurq” – “Xəzər Lənkəran” matçını da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov canlı izləmişdi.
Shares: