Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan "Kahramanmaraşspor"un formasını geyən Fəriq Quliyev komandadan ayrılıb. Futbolinfo.az xəbər verir ki, həmyerlimiz artıq komandanın düşərgəsini tərk edib.
Quliyevin ayrılmasına səbəb klubda ciddi maliyyə problemlərinin olmasıdı.
Qeyd edək ki, cari mövsümdə "Kahramanmaraşspor"un keçirdiyi 14 matçın yalnız 6-da Quliyevin adı heyətə salınıb. Bu qarşılaşmalardan 3-də meydana çıxan həmyerlimiz ümumilikdə 29 dəqiqə meydanda top qovub. Bundan başqa Quliyev komandanın əvəzedicilərinin heyətində də oyun keçirib və 90 dəqiqə meydanda olub.





