Türkiyənin təcürbəli məşqçilərindən olan Mustafa Dənizlinin Azərbaycan təmsilçisi "Xəzər Lənkəran"la rəsmi müqavilə imzalaması qardaş ölkə mətbuatında da xüsusi diqqət mərkəzindədi. Futbolinfo.az xəbər verir ki, türkiyəli həmkarlarımız onun cənub klubuna keçidinin rəsmiləşməsini oxucularına belə çatdırıblar:
"Bir müddət əvvəl Lənkərana gedərək, oradakı şəraitlə tanış olan Dənizli Mübariz Mənsimovla keçirdiyi son görüşün ardından köməkçisi Oğuz Çətinlə birgə cənub təmsilçisi ilə 1.5 illik müddətinə müqavilə imzalayıb. İlyarım iş üçün 6 milyon avro qazanacaq Dənizli bu məbləğlə bir çox həmkarını geridə qoyub. Bu rəqəmlə o, Roberto Mançini (4.5 mln avro), Villaş-Boaş (4.35 mln avro), Xesus Xorxe (3.8 mln avro), Luçano Spaletti (3.25 mln avro), Çezare Prandelli (3 mln avro) və Antonio Konteni (2.9 mln avro) qabağlamağı bacarıb. "Arsenal"dan ilə 8 milyon avro qazanan Arsen Vengerə rəqib olan Dənizli "Xəzər Lənkəran"ı ilk 2 komanda sırasına gətirə bilsə, əlavə olaraq 1 milyon avro bonus alacaq". (sporx)





