Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern”in ikinci komandası "Sonnenhof"un qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin Şimali İrlandiya ilə oyununda ilk qolunu vuran Rüfət start heyətində yer almayıb və 76-cı dəqiqədə avstriyalı Kristoper Drazanı əvəzləyib.
Qeyd edək ki, Regional Liqanın Cənub-Qərb zonasında çıxış edən “Kayzerslautern II” 13 oyundan sonra 22 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.





