"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Ağır oyun oldu. Çoxlu mübarizə var idi. Fikrimcə, nəticə ədaləti idi”.





