Türkiyənin "Qalatasaray" klubunun İtaliya "Yuventus"u ilə qarşılaşdığı Çempionlar Liqasının qrup oyunu zamanı kəskin qar matçın dayanmasına səbəb olub. Futbolinfo.az xəbər verir ki, cəmi bir neçə dəqiqə ərzində "TT Arena"nın qazonu qarla örtüldüyündən qarşılaşmanın baş hakimi Pedro Proensa 33-cü dəqiqədə matçı dayandırıb.
Hazırda meydanın qardan təmizlənməsi üçün müvafiq işlər aparılır. Qarşılaşmanın davam etdiriləcəyi bildirilir. Lakin oyunun qaldığı yerdən başqa vaxt keçirilməsi də istisna olunmur.
Qeyd edək ki, bir neçə gün idi oyun zamanı qar yağacağı barədə proqnozlar verilirdi. İstanbulda ötən gün axşam saatlarından başlayan kəskin qar yağışı bu matçdan da yan keçməyib.





