Çempionlar Liqasında qrup matçları bu gün keçiriləcək qarşılaşmalarla tamamlanacaq. Futbolinfo.az xəbər verir ki, dünən axşma baş tutan görüşlərdən sonra son 16 komanda arasına düşən və ya yoluna UEFA Avropa Liqasında davam edəcək komandaların əksəriyyətinin adları məlum olub.
 
Ümumilikdə 11 komanda qrupdan çıxmağı təmin edib. Qalan 5 komandanın adına isə bu axşamkı oyunlardan sonra aydınlıq gələcək.
 
3 klubun mübarizəni Avroliqada davam etdirəcəyi dəqiqləşib. 11 komanda isə ən azı Avroliqaya getməyi təmin etməklə, ÇL-də 1/8 final şansını bugünkü oyunlara saxlayıb.8 komandanın nə ÇL, nə də Avroliqada mübarizə apara bilməyəcəyi dəqiqləşib.
 
1/8 finala vəsiqəni təmin edən komandalar: "Barselona", "Çelsi", "Mançester Yunayted", "Real" (Madrid), PSJ, "Bavariya", "Atletiko" (Madrid), "Mançester Siti", "Bayer", "Olimpiakos".
 
Avropa Liqasına gedəcəyi dəqiqləşən komandalar: "Şaxtyor", "Benfika", "Viktoriya".
 
Ən azı Avroliqaya vəsiqəni təmin edib, ÇL-də 1/8 final şansları qalan komandalar: "Yuventus", "Qalatasaray", "Bazel", "Şalke", "Arsenal", "Borussiya", "Napoli", "Zenit", "Portu", "Ayaks", "Milan"
 
Avrokuboklarla vidalaşması rəsmiləşən komandalar: "Real Sosyedad", "Anderlext", "Styaua", "Olimpik" (Marsel), "Avstria", "Seltik", "Kopenhagen", ÇSKA.
Shares: