Futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun daha bir oyununun keçirilmə yeri və başlama vaxtı dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
 
Məlumatda bildirilir ki, “Neftçala” – “Araz Naxçıvan” oyununun keçirilmə yeri və başlama vaxtında dəyişiklik edilib. Matç Nəriman Nərimanov adına Neftçala şəhər stadionunda yox, “Bayıl Arena”da keçiriləcək. Qarşılaşma öncədən nəzərdə tutulduğu kimi 14:00-da yox, 18:00-da start götürəcək.
 
1-ci divizion
14-cü tur
15 dekabr (bazar)
 
18:00. Neftçala – Araz Naxçıvan
Bakı. “Bayıl Arena”.
Shares: