Uzun müddət aparılan danışıqlardan sonra “Barselona” rəhbərliyi komandanın aparıcı üzvü Andreas İnyesta ilə yeni müqavilə barədə razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, tərəflər müqaviləni daha 5 illiyinə uzadacaqlar.
 
Bu isə o deməkdi ki, İnyesta Kataloniya klubunun şərəfini 2020-ci ilə kimi qoruyacaq.
 
İnyestanın illik əməkhaqqısı isə 11 milyon avro təşkil edəcək və bununla da o, Lionel Messidən sonra komandanın ikinci ən yüksəködənişli futbolçusu olacaq.
Shares: