Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Didye Droqba Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasından sonra sosial şəbəkədə fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, bu mərhələdə "Çelsi" ilə qarşılaşacaq "Cim-Bom"un forvardı sabiq komandasına ismarıc göndərməyi də unutmayıb:
 
"Çox gözəl püşk oldu. Turnirdəki ən şanslı insan mənəm. Hər iki oyunu evimizdə oynayacağıq. Bir neçə aydan sonra görüşərik".
 
"Qalatasaray" – "Çelsi" oyunu gələn il, fevralın 26-da keçiriləcək.
 
Droqba 2004-12-ci illərdə "Çelsi"nin formasını geyib.
Shares: