Futbol üzrə İspaniya çempionatının ikinci divizionunda növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası – "Real Mursiya" 18-ci tur çərçivəsində evdə “Barselona”nın ikinci komandası ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin qələbəsi (3:1) ilə başa çatıb. Eddi bu oyuna start heyətdə çıxıb. Lakin o, 57-ci dəqiqədə əvəzlənməli olub.
Qeyd edək ki, “Mursiya” 18 turdan sonra 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





