Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qalatasaray” qışda heyətini gücləndirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, karyerasının ən yaxşı dövrünü keçirən “Suonsi”nin hücumçusu Miçu İstanbul klubunun əsas hədəfləri arasına yer alır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qalatasaray” ispan forvardın transferinə görə Burak Yılmazı da satmağa hazırdı. Əlavə edək ki, Miçu bugünlərdə ÇL-də mübarizə aparan komandaya keçməyə hazır olduğunu deyib.





