Almaniyanın "Bavariya" klubunun kapitanı Filip Lam Çempionlar Liqasında 1/8 finalın püşkünü dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, alman futbolçu "Arsenal"ın güclü rəqib olduğunu bildirib:
 
"Arsenal" güclü rəqibdi. Onlar bizə böyük problemlər yarada bilərlər. Təbii ki, biz buna imkan verməməyə çalışacağıq. "Bavariya"nın hədəfi bəllidi. Növbəti mərhələyə yüksəlmək. Bunu bacaracağımıza inanıram".
 
Qeyd edək ki, "Arsenal" və "Bavariya" komandaları arasında oyunlar 19 fevral və 11 mart tarixlərində keçiriləcək.
Shares: