Almaniyanın “Bavariya" klubunun baş məşqçisi Xosep Qvardiola “Qızıl Top”a namizəd göstərilən futbolçusu Frank Riberi haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis Riberini çalışdırmağın onun üçün böyük şərəf olduğunu bildirib:
"Riberinin baş məşqçisi olmaq mənim üçün böyük şərəfdi. O, bütün oyunlara böyük həvəslə yanaşır. Çox sürətlidi və tez-tez hücumdan müdafiəyə qayıdaraq komandaya kömək edir. Riberi ilə işləmək mənə çox rahatdı".
Riberi 2007-ci ildən “Bavariya”da çıxış edir.





