Serxio Aqueronun zədələnməsi “Mançester Siti"yə baha başa gələcək. Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə ilk qarşılaşmaya onun köməyi olmadan çıxacaq.
Premyer Liqada "Arsenal"la matçda zədələnən Serxionun vəziyyətinin ciddi olduğu məlum olub.
Bu barədə FİFA-nın rəsmi saytına danışan baş məşqçi Manuel Peleqrini argentinalının təxminən iki ay yaşıl meydanlardan kənarda qalacağını deyib.
Bu isə o deməkdi ki, Aquero fevralın 18-də baş tutacaq "Barselona" ilə ilk oyunda iştirak edə bilməyəcək.





