Qış transfer pəncərəsində "Sumqayıt" 7-8 futbolçusu ilə yollarını ayıracaq. Bu barədə futbolinfo.az saytına açıqlamasında klubun baş məşqçisi Aqil Məmmədov məlumat verib:
 
"Artıq "qara siyahı" hazırdı. Oyundan öncə açıqlayıb futbolçuların əhval-ruhiyyəsini korlamaq istəmirəm. Oyundan sonra bu barədə məlumat verə bilərəm. Kimlərin gedəcəyi artıq dəqiqləşib. Eyni zamanda dəvət etmək istədiyimiz futbolçularla da danışıqlar gedir. Təxminən 7-8 futbolçu komandadan göndəriləcək".
 
Bundan başqa yerli mütəxəssis komandanın nə vaxt istirahətə gedəcəyini və bir araya gələcəyini də bildirib: "Xəzər Lənkəran"la oyundan sonra komanda istirahətə çəkiləcək. Yanvarın 6-da bir araya gələcəyik. Təlim-məşq toplanışı haqda dəqiq heç nə yoxdu. Ola bilsin ki, heç yerə getmədik, qış toplanışını Sumqayıtda keçirdik".
Shares: