"Real" (Madrid) klubunun superulduzu Kriştianu Ronaldo komandanın məşqçisi Zinəddin Zidan haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, "Talk Sport"a danışan portuqaliyalı Zidandan çox şey öyrəndiyini bildirib:
 
"Zidan öz təcrübəsini bizimlə bölüşür. Xüsusilə gənc futbolçulara məsləhət verməyi özünə borc bilir. Onunla çalışdığım üçün çox xoşbəxtəm. Çünki o fantastik futbolçu olub və çox təcrübəlidi. Zidandan çox şey öyrənirəm. Bu mənim üçün əladı. Hər zaman yaxşıların ətrafında olmağı sevirəm".
Shares: