İspaniyanın "Barselona" klubunun əsas qapıçısı Viktor Valdes gələcək karyerası haqda danışıb. Futbolinfo.az xəbər verir ki, mövsümün sonunda Kataloniya təmsilşisindən ayrılacağı gözlənilən qolkiper transfer olunacağı komandanın adını bilmədiyini deyib:
 
"Artıq harada oynayacağımı müəyyənləşdirməliyəm. Ancaq hələlik qərar verməmişəm. "Barselona"ya hörmət edərək buradan ayrılmaq istəyirəm. Ona görə mövsümün sonuna qədər bu haqda danışmayacam".
 
Qeyd edək ki, Valdeslə ən ciddi maraqlanan klub "Monako"du.
Shares: