"Xəzər Lənkəran" daha iki futbolçusu ilə yollarını ayırır. Futbolinfo.az xəbər verir ki, bunlar cənub təmsilçisinin mərakeşli yarımmüdafiəçisi Zohair Benuahi və hücumçu Junior Nildodu.
Yayda AZAL-dan böyük ümidlərlə "Xəzər Lənkəran"a transfer olunan bu iki futbolçu burada onlardan gözlənilən oyunu göstərə bilmədilər. Bu üzdən də cənub klubu onlarla yollarını ayırmaq istəyir. Baş məşqçi Mustafa Dənizli də onları sərəncamında görmək istəmir.
Qeyd edək ki, "Xəzər Lənkəran" Benuahi və Nildodan əlavə mövsümün qalan hissəsinə qapıçı Duqlas Leyte və müdafiəçi Radomir Todorovsuz başlayacaq.





