"Liverpul"un hücumçusu Luis Suares İngiltərə çempionatında bir ay ərzində 10 qol vuran ilk futbolçu kimi tarixə düşüb. Futbolinfo.az xəbər verir ki, uruqvaylı forvard ötən gün ölkə çempionatının növbəti turunda "Kardiff"lə matçda dubl etməklə son 1 ayda 10-cu qolunu vurub.
 
Bundan öncə Suares "Norviç"in qapısından 4, "Vest Hem" və "Tottenhem"in qapısından isə iki top keçirmişdi.
 
Suares son 4 oyunda rəqib qapılarına minimum iki qol vurmaqla da premyer-liqada yeni rekord müəyyənləşdirib.
 
Ümumilikdə 26 yaşlı forvard 17 görüşdə 19 dəfə fərqlənməklə İngiltərə çempionatında bombardirlər yarışına başçılıq edir.
Shares: