Milli Basketbol Assosasiyasında pley-in mərhələsinin iki oyunu keçirilib.
Şərqdə “Şarlott Hornets” overtaymda “Mayami Hits”ə qalib gəlib – 127:126. Lamelo Bol 30 xal və 10 asistlə qələbədə əsas pay sahiblərindən olub.
Qərbdə “Finiks Sans” öz meydançasında “Portlend Treyl Bleyzers”ə uduzub – 110:114. Bununla da qonaqlar pley-offa yüksəliblər. Qonaq komandada Avdiya oyunu 41 xalla tamamlayıb. Finiks komandası pley-offa yüksəlmək üçün “Klippers” – “Vorriors” görüşünün qalibi ilə üz-üzə gələcək.






