Bu il Milli Basketbol Assosiasiyasının draftı 23-24 iyun tarixlərində ABŞ-nin Nyu-York şəhərindəki “Barclays Center”də keçiriləcək. Bu barədə MBA-nın mətbuat xidməti məlumat verib.
Rəsmi məlumata görə, draftın birinci turu 23, ikinci turu isə 24 iyunda keçiriləcək.
Liqa tarixində üçüncü dəfədir ki oyunçuların seçim prosesi iki gün ərzində aparılacaq. Qeyd etmək lazımdır ki, draftın püşkatması mayın 10-da Çikaqoda baş tutacaq.
Əlavə edək ki, 2025-26 mövsümünün nəticələrinə əsasən, “Vaşinqton Vizards”, “İndiana Peysers” və “Bruklin Nets” komandaları seçimdə birinci olmaq üçün ən yüksək şansa malikdirlər (hər biri 14%).






