“Mançester Yunayted” “Bornmut”un iki oyunçusu ilə maraqlanır. Sözügedən klub yayda heyətində ciddi dəyişikliketmək niyyətindədir və “qırmızı şeytanlar” da bunu fürsət bilir.

Futbolinfo.az xəbər verir ki, mançesterlilərin əsas hədəfi Eli Krupidir. Bu oyunçu ilə “Liverpul”, “Çelsi” və bəzi İspaniya klubları da maraqlanır. MY 40 milyon avro dəyəri olan fransalını almaq üçün fəal işə başlayıb. 19 yaşlı forvardın “Bornmut”la 2030-cu ilin yayınadək müqaviləsi olduğundan transferi reallaşdırmaq asan olmayacaq.

Markos Senesi ilə bağlı vəziyyət daha yaxşıdır. “Çelsi” və “Tottenhem”in də maraqlandığı argentinalı mövsümün sonunda azad agent olacaq. Onu heyətə qatmaq üçün şəxsi müqaviləsinin şərtlərini razılaşdırmaq kifayət edəcək.

671840586 944362798464211 4683464881077095439 n - Futbolinfo.az
Shares: