Frank Lempard yeni mövsümdən “Bornmut”un baş məşqçisi ola bilər. O, yayda bu postu tərk edəcəyini açıqlayan Andoni İraolaya xələf olmağa əsas namizəddir.

Futbolinfo.az xəbər verir ki, “Çelsi”nin sabiq yarımmüdafiəçisi hazırda “Koventri Siti”yə uğurla rəhbərlik edir. O, sözügedən komandanı 24 ildən sonra Premyer Liqaya yüksəltməyə nail olub. Lakin klubun maliyyə imkanları elitada uğurlu çıxış etməyə imkan verməyəcək. Bu səbəbdən Lempardın başqa iş yeri axtarması gözlənilir.

“Bornmut” təkcə Lempardla maraqlanmır. İngilis həmkarlarımız bu posta daha iki namizədin olduğunu yazır.

Shares: