Entoni Qordon Bundesliqada çıxış edə bilər. “Nyukasl”ın hücumçusu “Bayern”in transfer hədəfinə düşüb.

Futbolinfo.az “Times Sport”i istinadla xəbər verir ki, bir çox ingilis klubunun hədəfində olan oyunçu baş məşqçi Vensan Kompaninin bəyəndiyi hücumçulardandır. Münhenlilər Harri Keynin vasitəsi ilə onu Almaniyaya gəlməyə razı salmağa çalışır.

İlkin məlumata görə, “Bayern” “sağsağanlar”a 55 milyon funt-sterlinq dəyərində təklif göndərəcək.

Shares: