Bu gün Misli Premyer Liqasında 28-ci tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Əvvəlcə, “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”la üz-üzə gələcək. Qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.
“Zirə” isə “Neftçi” ilə qarşılaşacaq. Paytaxt təmsilçilərinin görüşünü İnqilab Məmmədov idarə edəcək.
“Karvan-Yevlax” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları 18 apreldə, “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” matçları isə 19 apreldə keçiriləcək.
Misli Premyer Liqası
28-ci tur
17 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
“SOCAR Polymer Arena”, 17:00.
“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.





