Misli Premyer Liqasında çempion bəlli olsa da, avrokuboka vəsiqə qazanan bütün komandalar bəlli deyil. Vəsiqəni təmin edənlərdən çempion “Sabah”ın yeri dəqiqdirsə, Avropa Liqasına yollanacaq kollektvin adına finişdə aydınıq gələcək.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Sabah” Avropa Liqasında çıxış edəcək təmsilçimiz də müəyyənləşdirə bilər. “Bayquşlar” ölkə kubokunun finalında uduzsa, bu vəsiqə”Zirə”nin olacaq, eyni zamanda 4-cü pilləni kimin tutmasının önəmi qalmayacaq. Yox, “Sabah” “Qızıl dubl” etsə, o zaman 2-ci pilləni tutan qitənn ikinci nüfuzlu klub turnirinə yollanacaq, həmçinin 4-cü pillənin sahibi Konfrans Liqasında mübarizə aparacaq.

Hazırda 2-ci pilləni tutmağa 2 əsas namizəd var. “Qarabağ” son 4 tura 59 xalla girir, “Turan Tovuz” isə 3 xal geridədir. Növbəti turda ağdamlılar məhz Qərb təmsilçisini qonaq edəcək.

Qalan oyunlar:

“Qarabağ” – Turan Tovuz (ev), Qəbələ (səfər), İmişli (e), Sumqayıt (s)

“Turan Tovuz” – Qarabağ (s), Karvan-Yevlax (e), Şamaxı (s), Sabah (e)

“Turan Tovuz”a avrokuboka vəsiqəni təmin etmək üçün 3 xal bəs edəcək. “Araz-Naxçıvan” xeyli geridə qalıb. Bu səbəbdən 4-cü yer uğrunda mübarizə 47 xallı “Neftçi” ilə bir xal geridə olan “Zirə” arasında olmalıdır.

Qalan oyunlar:

“Neftçi” – Karvan-Yevlax (s), Şamaxı (e), Sabah (s), Kəpəz (s)

“Zirə” – Qəbələ (e), İmişli (s), Sumqayıt (e), Araz-Naxçıvan (s)

Elitada qalmaq uğrunda mübarizə də maraqlıdır. Hazırda 14 xalla sonuncu olan “Karvan-Yevlax” ən azı 11-ci pilləyə yüksəlməyə can atır. 20 xal toplayan “Qəbələ” və bir xal öndə olan “Kəpəz” isə pley-off yunundan qaçmaq üçün 10-cu yerdə qərar tutmağa səy göstərir.

Qalan oyunlar:

“Kəpəz” – Sumqayıt (e), Sabah (s), Araz-Naxçıvan (s), Neftçi (e)

“Qəbələ” – Zirə (s), Qarabağ (e), Karvan-Yevlax (s), Şamaxı (e)

“Karvan-Yevlax” – Neftçi (e), Turan Tovuz (s), Qəbələ (e), İmişli (s)

Shares: