Basketbol üzrə Avroliqa turnirinin pley-off mərhələsində ikinci oyunlar keçirilib. Bütün qarşılaşmalarda ilk oyunda qalib gələn komandalar üstün olub.
“Olimpiakos” və “Fənərbağça” rahat qələbə qazanıb. Yunanıstan təmsilçisi bu dəfə “Monako”ya 94:64 qalib gəlib. İstanbul klubu isə”Jalgiris”i 86:74 hesabı ilə məğlub edib. Digər cütlük arasındakı oyun isə yenə də gərgin alınıb.
Valensiyada keçirilən qarşılaşmanın taleyinə overtaymın son saniyəsində aydınlıq gəlib. Naycel Eys Deyvisin sirena səsi ilə birlikdə dəqiq atışı “Panatinaikos”a ikinci oyunda qələbə qazandırıb – 107:105.






