MBA-da pley-off mərhələsinin ilk raundu geridə qalıb. Son iki oyun Detroyt və Klivlenddə keçirilib.

Seriyanın 7-ci oyununda meydan sahibləri qələbə qazanıb.

Hesabda geridə olmasına baxmayaraq, “Pistons” “Orlando Mecik”ə 7-ci oyunda qalib gəlməklə (116:94) konfrans yarımfinalına yüksəlib. Kaningem 32 xalla qələbədə mühüm rol oynayıb.

“Kavalers” isə “Toronto Reptors”a qalib gəlib – 114:102. Beləliklə, Klivlend komandası konfrans yarımfinalında “Pistons”la oynamaq hüququ əldə edib.

¼ finalın digər cütlükləri belədir:

Nyu-York Niks – Filadelfiya Siksers

Oklahoma Siti Tanders – Los Anceles Leykers

San Antonio Spörs – Minnesota Timbervulvs

Shares: