Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezident seçkiləri təşkilatın bu ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək konqresində baş tutacaq.

Konqresin 20-27 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Prezidentdən əlavə, vitse-prezident və digər rəhbər vəzifələrin seçiləcəyi Baş Assambleyanın əsas iclası 26-27 sentyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, rusiyalı Arkadi Dvorkoviç 2018-ci ildən bəri FIDE prezidenti vəzifəsini tutur. O, 2022-ci ildə həmin vəzifəyə yenidən seçilib.

Vaxtilə quruma rəhbərlik etmiş rusiyalı Kirsan İlümjinov yenidən seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirmişdi. O, 1995-ci ildən 2018-ci ilə qədər federasiyaya rəhbərlik edib. İlümjinov 2018-ci il seçkilərində iştirak etməyib.

Shares: