Bu gün Konfrans Liqasının qalibi müəyyənləşəcək.
Həlledici görüşdə “Kristal Pelas” (İngiltərə) və “Rayo Valyekano” (İspaniya) qarşılaşacaq.
Görüş Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Finalın referisi isə italiyalı Mauritsio Mariani olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının son qalibi “Çelsi”dir.






