Luka Modriç “Milan”la yeni müqavilə bağlamayacaq. Ötən yay “Real”dan ayrılaraq İtaliya klubuna keçən xorvat yarımmüdafiəçi karyerasını başa vurmaq qərarına gəlib.

Futbolinfo.az xarici mətbuata istinadla xəbər verir ki, 41 yaşlı orta sahə oyunçusu DÇ-2026-dan sonra peşəkar futbol karyerasını bitirmək qərarına gəlib.

Daha əvvəl Modriçin Milanla müqaviləsini yeniləməyəcəyi və yayda komandadan ayrılacağı bildirilmişdi. O, tezliklə milli komanda ilə karyerasının son dünya kubokuna yollanacaq.

Modriç ötən mövsüm yarımmüdafiəçi 37 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Shares: