“Detroyt Pistons” komandasının 24 yaşlı hücumçusu Keyd Kanningem “Forbes” jurnalının tərtib etdiyi 25 yaşa qədər ən çox qazanan idmançıları siyahısında beşinci yerdə qərarlaşıb. O, son 12 ay ərzində 58,6 milyon dollar qazanıb.

Kanningemin “Pistons”la beş illik, 269 milyon dollarlıq müqaviləsi var. Onun “Ford”, “Impossible Foods” və “State Farm” da daxil olmaqla, 10-dan çox sponsoru mövcuddur. Fevral ayında o, “Texas Reyncers” beysbol klubunda pay alıb.

Müntəzəm çempionat ərzində Kanningem “Pistons” komandasının Şərq Konfransında birinci yeri tutmasına kömək edib, basketbolçunun göstəriciləri orta hesabla 23,9 xal, 9,9 məhsuldar ötürmə və 5,6 ribaund təşkil edib.

Shares: