Las-Veqasda keçirilən Formula-1 Qran-prisinin təşkilatçıları yarışın şəhərdə təşkili ilə bağlı müqavilənin uzadıldığını rəsmən təsdiqləyiblər. Yeni sözləşmə 2037-ci ilə qədər davam edəcək.
ABŞ mətbuatının məlumatına görə, Formula-1 rəhbərliyi Las-Veqas Qran-prisinin gələcəyinə böyük önəm verir. “Liberty Media” şirkətinin icraçı direktoru Stefano Domenikali bildirib ki, təşkilatçılar yarışların Las-Veqasda uzun illər davam etdiriləcəyindən məmnundurlar.
Qeyd edək ki, Las-Veqas Qran-prisi şəhərin məşhur Las-Veqas-Strit küçələrində gecə formatında təşkil olunur. Yarış zamanı bolidlər saatda 300 kilometrdən artıq sürət yığırlar. 2023-cü ildə debüt edən mərhələ qısa müddətdə ABŞ-da ən çox tamaşaçı toplayan yarışlardan birinə çevrilib və hazırda Ostin və Mayami ilə birlikdə ölkədə keçirilən üç Formula-1 yarışından biridir.
Formula-1-in açıqladığı rəqəmlərə əsasən, Qran-prinin keçirildiyi müddətdə mərhələ region iqtisadiyyatına milyardlarla dollar gəlir qazandırıb. Ötən il baş tutan yarış həftəsonunu isə təxminən 300 min tamaşaçı izləyib.






