Kanada millisi DÇ-2026-da ilk oyununda Bosniya və Hersoqovina ilə heç-heçə edib. Bu nəticə ilə komanda ilkə imza atıb.
Belə ki, Kanada yığması tarixində ilk dəfə olaraq dünya çempionatının matçında xal qazanıb. Buna qədər Kanada millisi iki dəfə – 1986 və 2022-ci illərdə dünya çempionatında çıxış edib. Hər iki halda komanda qrupda keçirdiyi 3 oyunun hamısında məğlubiyyət görüb.
Kanada yığması DÇ-1986-da Fransa (0:1), Macarıstan (0:2) və SSRİ-yə (0:2), DÇ-2022-də isə Belçika (0:1), Xorvatiya (1:4) və Mərakeşə (1:2) uduzub.






