UFC prezidenti Dana Vayt, qarşıdan gələn “UFC Ağ Ev — Freedom 250” tədbirinin izləmə rəqəmlərinin Milli Futbol Liqasının final matçı ilə müqayisə edilə biləcəyinə ümid edir. Tədbir iyunun 15-də ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək.
“Bu, dünyanın hər yerindəki UFC azarkeşləri üçün unikal bir gecə olacaq. Ağ Ev-dəki UFC tədbirinin Superboul qədər çox izləyici cəlb edəcəyini gözləyirik”, – deyə Vayt bildirib.
Xatırladaq ki, 2026-cı ilin fevral ayında baş tutan Superboul yayımını əsas kanallarda 124,9 milyon izləmişdi. Oyunun ən azı bir hissəsini izləyən amerikalıların ümumi sayı 200 milyonu keçmişdi.






