Qadın Tennis Assosiasiyası (WTA) bu həftə üçün yenilənmiş reytinq cədvəlini təqdim edib. İlk 10-luqda cəmi bir dəyişiklik baş verib. Təşkilatın rəsmi saytında dərc edilmiş yenilənmiş versiyaya görə, “Rolan Qarros”da çempion olan rusiyalı Mirra Andreyeva 1 pillə irəliləyərək 5-ci sıraya qalxıb.

Belaruslu Arina Sabalenka WTA reytinqində lider olaraq qalır. Qazaxıstanlı Yelena Rıbakina ikinci, Polşalı İqa Şvyontek isə üçüncü yerdədir.

15 iyun tarixinə WTA reytinqi:

1 (1). Arina Sabalenka (Belarus) — 9090 xal
2 (2). Yelena Rıbakina (Qazaxıstan) — 8143
3 (3). İqa Şvyontek (Polşa) — 6733
4 (4). Cessika Pequla (ABŞ) — 6056
5 (6). Mirra Andreyeva (Rusiya) — 5751
6 (5). Amanda Anisimova (ABŞ) — 5631
7 (7). Koko Qauff (ABŞ) — 4879
8 (8). Elina Svitolina (Ukrayna) — 4315
9 (9). Viktoriya Mboko (Kanada) – 3670
10 (10). Karolina Muxova (Çexiya) – 3388

Shares: