Futbol üzrə dünya çempionatı davam edir. Gecə daha 3 oyun baş tutub və faviritlər asan qələbə qazanıb.

Əvvəlcə İ qrupunda Norveç İraqı sınağa çəkib. J qrupunda son dünya çempionu Argentina yığması mübarizəyə başlayıb. Komanda Əlcəzairlə qarşılaşıb və 3 cavabsız qolla qalib gəlib. Hər 3 qolu Lionel Messi  vurub. Eyni qrupda Avstriya İordaniya ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.

İ qrupu

İraq – Norveç 1:4

Qollar: Erlinq Haaland, 29 (0:1), Aymen Hüssein, 39 (1:1), Erlinq Haaland, 43 (1:2), Leo Ostiqard, 76 (1:3), Aymen Hüssein, 90+6-avtoqol( 1:4) .

J qrupu

Argentina – Əlcəzair 3:0

Qollar: Lionel Messi, 17; 60; 76.

Avstriya – İordaniya – 3:1

Qollar: Romano Şmid, 21 (1:0), Ali Olvan, 50 (1:1), Yazan Al Arab, 76-avtoqol (2:1), Marko Arnautoviç, 90+12-pen.(3:1).

Shares: