“Araz-Naxçıvan” Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb. Bu barədə klubdan bildirilib.
Hücumçu yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024/2025 mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir.
Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.






