"Simurq"un yarımmüdafiəçisi Anderson Olivyeranın Futbolinfo.az saytına müsahibəsi
– Geridə qalan 18 turu "Simurq" üçün necə dəyərləndirirsiz?
– Yaxşı və zəif oynadığımız oyunlar oldu. Amma ümumilikdə ilk yarını pis keçirmədik. Xüsusən də son oyunlarda qazanılan qələbələr bizə yaxşı əhval-ruhiyyə gətirdi. Mənim üçün də yaxşı oldu. Meydanda daha çox oynadım, komandamın qələbələrində pay sahibi oldum. Komandamız daim meydanda döyüşdü. Bütün oyunlara 3 xal üçün çıxdıq, hədəfimiz daha yüksək yerlərdə olmaq idi.
– Son iki oyunda çox yaxşı çıxış etdiniz…
– Düzdü, bu qələbələr bayaq da dediyim kimi bizə vacib idi. Son 4 oyunun 3-ündə qalib gəldik. “Sumqayıt”, AZAL və “Rəvan” üzərində qalibiyyətlər bizim qış fasiləsinə yüksək ab-havada getməyimizdə rol oynadı. Yalnız "Qəbələ" ilə oyunda son dəqiqələrdə alınan məğlubiyyət ürəkaçan olmadı. Bütün futbolçular komandamızın uğuru üçün çalışır.
– Sizcə "Simurq" ikinci dövrədə çempionluq yarışına qoşula biləcək?
– Bilirsiniz, Premyer Liqada asan məğlub ediləcək komanda yoxdu. Bütün oyunlar çətin olur. Hansı komanda oyunlara daha yaxşı motivasiya ilə çıxırsa, o da qələbə qazanır. İstənilən komanda digər komandadan xal almağa qadirdi.
– Amma indiki halda yalnız 3 komandanın çempionluq üçün oynayacağı real görünür…
– Yox, mən belə deməzdim. Hələ çempionatın sonuna çox var. Bütün komandaların titul üçün şansının olduğunu düşünürəm.
– "Simur"un əsas hədəfinin avrokuboklar olduğunu demək olar?
– Bunun üçün əlimizdən gələni edəcəyik. Sona kimi mübarizə aparmalıyıq və ən azından avrokuboklarda oynamalıyıq.
– Artıq qış fasiləsidi və bütün komandalar heyətini gücləndirməlidilər. Sizcə, “Simurq”un yeni futbolçular ehtiyacı var? Hansı mövqelərdə problemlər var?
– Bütün komandalarda problem olur. Təbii ki, “Simurq”un da problemləri var. Baş məşqçimiz Georgi Çıxradze çempionat oyunları zaman bütün bu problemləri görüb. Yeni futbolçuya ehtiyac hər zaman olur. Sadəcə bura elə futbolçular gəlməlidilər ki, komandaya daha tez uyğunlaşsınlar və bizə kömək etsinlər.
ELSEVƏR





